Ana Sayfa > Karusel / İdman / Foto-fakt / Həftə-Reytinq > Rafael Ağayev rekorda imza atdı

Rafael Ağayev rekorda imza atdı


1-11-2016, 16:29. Yazar: Xeberaz
Rafael Ağayev rekorda imza atdı

Karateçimizin 5 qat dünya çempionluğu bizim üçün böyük fəxrdir. İndiyədək 4 dəfədən çox heç kim bu nailiyyətə imza atmamışdı. Rafael Ağayev isə rekorda imza atdı.

"Xəbəraz.az " Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Avstriyanın Lints şəhərindəki dünya çempionatında Azərbaycan milli komandasının çıxışına həsr olunmuş mətbuat konfransında deyib.

Y.Bəşirov qazandıqları nailiyyətlərin ildən-ilə yüksəldiyini bildirərək, 2017-ci il İslam Həmrəyliyi Oyunlarında da uğurla çıxış etməyə çalışacaqlarını vurğulayıb:

"Hazırda Ümumdünya Karate Federasiyasının 192 üzvü var. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarınadək üzv ölkələrin sayı 200-ə çatacaq. Bu səbəbdən, böyük rəqabət olacaq. Çalışacağıq ki, dünyada reytinqimizi qaldıraq".
Geri dön