Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Hakimi təhqir etdilər, cəzalandılar

Hakimi təhqir etdilər, cəzalandılar


1-11-2016, 13:56. Yazar: Xeberaz
Hakimi təhqir etdilər, cəzalandılar
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
"Xəbəraz.az " xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA tərəfindən təşkil olunan aşağı yaş qrupları üzrə ölkə birincilikləri ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

U-19 Liqasında “Neftçi” İK İB – AZAL matçı başa çatdıqdan sonra AZAL-ın futbolçusu Elçin Əliyev hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb.

U-16 Liqasında “Vətən” RİOEUG – “Qarabağ” matçının 29-cu dəqiqəsində “Vətən” RİOEUG-in futbolçusu Bayram Əliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-14 Liqasında “Xudat” (Xudat) – UGİM (Şabran) matçının 47-ci dəqiqəsində UGİM-in futbolçusu Əli Məmmədov rəqibi bilərəkdən vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-13 Liqasında UGİM (Göyçay) – Kürdəmir Çöhranlı (Kürdəmir) matçının 42-ci dəqiqəsində UGİM-in futbolçusu Samir Məmmədov rəqibi bilərəkdən vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Bayker” – “İtaldizain” matçı başa çatdıqdan sonra “İtaldizain” klubunun futbolçusu Həsən Camalzadə hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Baku Fire” – “Avanqard” matçının 42-ci dəqiqəsində “Bakufire” klubunun futbolçusu Elşən Zərbəliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
Geri dön