Ana Sayfa > Karusel / Gündəm / Maraqlı / M2 > Oğlanlar problem yaşayacaq- çünki qızların sayı günü gündən azalır
Oğlanlar problem yaşayacaq- çünki qızların sayı günü gündən azalır27-05-2015, 12:22. Yazar: Xeberaz |
İndiyə qədər hər zaman Azərbaycanda sayca qadınların kişilərdən çox olduğu bildirilirdi. Çox zaman ailə qura bilməyən qadınların taleyi məhz bu məsələyə bağlanırdı. Ancaq son 20 ilin göstəriciləri nəticəni tam əksinə dəyişib. Xeberaz.az modern.az-a istinadən xəbər verir ki, bunun fəsadları indi o qədər də hiss olunmur. Ancaq yaxın 5-10 il ərzində ciddi problemlərin ortaya çıxacağı şəksizdir. Statistik rəqəmlər göstərir ki, cəmi bir neçə ildən sonra evlənmək üçün qız axtaran cavanlara heç anaları da kömək ola bilməyəcək. Ötən əsrin 80-ci illərində eyni hal Orta Asiyada, xüsusilə də Türkmənistanda yaşanmışdı. Hətta o dövrdə türkmənistanlı oğlanlar evlənmək üçün keçmiş SSR-yə üzv respublikaları dolaşmalı olur, bunun üçün kifayət qədər pul xərcələyirdilər. Ərəb ölkələrində də eyni problemlər yaşanıb. Mütəxəsisslər yeni doğulanlar arasında oğlanların qızlarla nisbətdə çoxluq təşkil etməsinə müasir tibbi vasitələrin daha çox təsir göstərdiyi qənaətindədirlər. Hamıya məlumdur ki, körpənin cinsiyyəti hamiləliyin 12-ci həftəsindən sonra USM müayinəsinin nəticəsində bilinir. Halbuki bu, dünyanın əksər ölkəsində qadağan edilib. “Əhalinin Sağlamlığının Qorunması Haqqında” Qanununa görə hamiləliyin süni şəkildə pozulması hamiləliyin 12-ci həftəsinə qədər olmalıdır. Yəni 12-ci həftədən sonra edilən abortlar qanunsuz sayılır. Ən maraqlı məqamlardan biri də odur ki, indi ailələrdə daha çox oğlan uşaqlarının doğulmasına üstünlük verilıir. Ailələrin əksəriyyəti düşünmədən, heç bir məntiqə söykənmədən qız uşaqlarından imtina edirlər. İndi isə sizə məsələ ilə bağlı son 10 ilin statistik göstəricilərini təqdim edirik. Dövlət Statistika Komitəsinin məlumatına görə, son 10 ilin göstəricisi aşağıdakı kimidir. İl Cəmi Qızlar Oğlanlar 2005-ci il 141901 65721 76180 2006-cı il 148946 68709 80237 2007-ci il 151963 69958 82005 2008-ci il 152086 70278 81808 2009-cı il 152139 69923 82216 2010-cu il 165643 76509 89134 2011-ci il 176072 81376 94696 2012-cı il 174469 80882 93587 2013-cü il 172671 80097 92574 2014-cü il 170503 79093 91410 Geri dön |