Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Maşın bazarındakı oğru kameraya düşdü - Video

Maşın bazarındakı oğru kameraya düşdü - Video


1-11-2016, 09:38. Yazar: Xeberaz
Maşın bazarındakı oğru kameraya düşdü - Video


Xətai rayonu, Babək prospektində yerləşən “maşın bazarı”nda yerləşən mağazaların birində oğurluq edilib. Hadisə nəticəsində sahibkara 300 manat dəyərində maddi zərər dəyib.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə zərərçəkmiş özü “Bizim Yol”a məlumat verib. Zərərçəkmiş sahibkar Elcan Musayev bildirib ki, oktyabrın 28-də olan oğurluq faktı ilə bağlı polisə müraciət edib: “Oğurluq edən şəxsin əməlləri mağazanın müşahidə kamerasına düşüb. O satıcının başını qataraq avtomobil ehtiyat hissələrini oğurlayıb”.

Zərərçəkmiş deyir ki, onun müraciəti Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsində araşdırılacaq.


Geri dön