Ana Sayfa > Karusel / Hadisə > Cəlilabadda bacısının əri ilə qaçan qız tapıldı

Cəlilabadda bacısının əri ilə qaçan qız tapıldı


31-10-2016, 20:44. Yazar: Xeberaz
Cəlilabadda bacısının əri ilə qaçan qız tapıldı


Sentyabrın 23-dən itkin düşmüş, Cəlilabadın Məmmədrzalı kənd sakini 15 yaşlı Aynurə Nağıyeva tapılıb.
Cəlilabad Rayon Polis şöbəsindən verilən məlumata görə, A.Nağıyeva hazırda rayon polis şöbəsindədir: “Aynurə Nağıyeva ilkin ifadəsində bu müddət ərzində harada qalması barədə heç nə danışmır. O evdən tək qaçdığını,bacısının yoldaşı ilə heç bir əlaqəsinin olmadığını deyir. Dediyinə görə, o evdən bezib gedib. O rayon ərazisində tapılıb”.
Hazırda A.Nağıyevanın valideynləri də şöbəyə çağırılıb.
Qeyd edək ki, A.Nağıyevanın bu il sentyabrın 23-də Cəlilabad rayonunun Mikayıllı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdar Əli oğlu ilə birlikdə Bakının Qaradağ rayonunun Buta qəsəbəsinə qaçdığı barədə məlumat yayılmışdı.

Geri dön