Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > "Ailəsinin dağılmamasını istəyən qızımı xüsusi amansızlıqla öldürdülər" - TƏFƏRRÜAT - VİDEO

"Ailəsinin dağılmamasını istəyən qızımı xüsusi amansızlıqla öldürdülər" - TƏFƏRRÜAT - VİDEO


31-10-2016, 14:46. Yazar: Xeberaz
"Ailəsinin dağılmamasını istəyən qızımı xüsusi amansızlıqla öldürdülər" -  TƏFƏRRÜAT - VİDEO

Qəbələ rayonunda qətl hadisəsi baş verib.

"Xəbəraz.az " ARB Şəki-yə istinadən xəbər verir ki, hadisə rayonun Kürd kəndində qeydə alınıb.

Kənd sakini 31 yaşlı Verdiyev Xəyal Xaliq oğlu həyat yoldaşı, 1991-ci il təvəllüdlü Verdiyeva Səbinə Məzahir qızını əli ilə boğaraq öldürüb. Üç uşaq anası olan Səbinə Verdiyevanın hansı səbəbdən qətlə yetirildiyi hələ ki, məlum deyil.

Hadisəni törədən Xəyal Verdiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Öldürülən şəxsin atası: "Öldürüb. Aparıb morqa qoyub. Arxası ilə gedən də olmayıb. Gedib özümüz gətirmişik. Balam pis gündədi. Balam para-paradı. Səhərə qədər ata-bala ikisi öldürüb. Kəsilmişdi boynu. Uşağın boğazından qan tökülürdü".

Cinayətkarın sinif yoldaşı: "O adam atasını anasını döyən adamdır".

Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.




Geri dön