Ana Sayfa > Karusel / İqtisadiyyat / Bizim seçim > Pensiyaçılara birdəfəlik müavinət verilirmi?

Pensiyaçılara birdəfəlik müavinət verilirmi?


30-10-2016, 11:09. Yazar: Xeberaz
Pensiyaçılara birdəfəlik müavinət verilirmi?


Sudabə Bağırlı adlı xanım müraciət edərək Azərbaycanda pensiyaçılara birdəfəlik müavinət verilib-verilmədiyi ilə maraqlanıb:

"Pensiyaçılar üçün birdəfəlik müavinətlər barədə hansı məlumatı verərdiniz? Bizdə belə bir sosial ödəniş növü varmı? Əgər varsa, onu necə almaq mümkündür?"

Məsələ ilə bağlı Milli.Az-ın sorğusunu cavablandıran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib ki, ölkəmizdə belə bir təcrübə mövcud deyil:

"Azərbaycan Respublikasının qanunvericiliyində pensiyaçılara birdəfəlik müavinətin ödənilməsi nəzərdə tutulmayıb".
Geri dön