Ana Sayfa > Karusel / İdman / Xəbəraz TV > Rafael Ağayev 5 qat dünya çempionu oldu: himni ağlaya-ağlaya oxudu (VİDEO)

Rafael Ağayev 5 qat dünya çempionu oldu: himni ağlaya-ağlaya oxudu (VİDEO)


30-10-2016, 11:07. Yazar: Xeberaz
Rafael Ağayev 5 qat dünya çempionu oldu: himni ağlaya-ağlaya oxudu (VİDEO)


Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatının dördüncü günü Azərbaycan milli komandası üçün uğurlu olub.

"Xəbəraz.az "-ın məlumatına görə, karateçimiz Rafael Ağayev (75 kq) növbəti dəfə dünya çempionu olub.

Macarıstan, Hollandiya, Özbəkistan və Ermənistandan olan rəqiblərini məğlub edən R.Ağayev yarımfinalda iranlı idmançıya qalib gəlib.

Bunadək dördqat dünya və 13 dəfə Avropa çempionu olan idmançımız final görüşündə Misir idmançısı Əbdül Rəhman Ömər ilə qarşılaşıb. Rəqibindən aşkar üstün olan R.Ağayev beşqat dünya çempionu adını qazanıb.

R.Ağayevin çempion olduğu anları sizə təqdim edirik:baku.ws



Geri dön