Ana Sayfa > Karusel / Gündəm / Bizim seçim > Sürücülərin nəzərinə: Zığ dairəsi bağlandı

Sürücülərin nəzərinə: Zığ dairəsi bağlandı


29-10-2016, 20:42. Yazar: Xeberaz
Sürücülərin nəzərinə: Zığ dairəsi bağlandı



Zığ-Hövsan yolunun tikintisi işləri çərçivəsində Zığ dairəsində yenidənqurma işləri həyata keçirilir.

“Azəravtoyol”dan verilən məlumata görə, 31 oktyabr səhər saat 10:00-dan etibarən bir-neçə gün müddətində dairədə hərəkət məhdudlaşdırılacaq.

Sürücülər Zığ qəsəbəsinə daxil olmaq üçün alternativ olaraq Hövsan və Suraxanı yollarından istifadə edə bilərlər.

Hövsan qəsəbəsi istiqamətinə və əksinə gediş-gəlişdə isə hər-hansı bir məhdudiyyət olmayacaq.

Geri dön