Ana Sayfa > Karusel / Hadisə > Xaçmazda yaşayış evində partlayış: Xəsarət alan var

Xaçmazda yaşayış evində partlayış: Xəsarət alan var


29-10-2016, 19:21. Yazar: Xeberaz
Xaçmazda yaşayış evində partlayış: Xəsarət alan var


Xaçmaz rayonunda yaşayış evində partlayış olub.

APA-nın verdiyi məlumata görə, rayonun Köhnə Xaçmaz kəndində baş verən hadisə zamnaı 1981-ci il təvəllüdlü Firuzə Sadmanova yanıq xəsarətləri alıb. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən qadının bədəninin müxtəlif hissələrinin yandığı bildirilir.

Partlayışdan sonra evdə başlayan yanğının söndürülməsi üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını cəlb olunub. Yanğının daha geniş əraziyə keçməsini qarşısı alınıb.

Fakt araşdırılır.
Geri dön