Ana Sayfa > Karusel / Gündəm / Hadisə / Bizim seçim > "Suyun səviyyəsi artıb, bulaqların da suyu bulanıb" - Sel təhlükəsi - VİDEO

"Suyun səviyyəsi artıb, bulaqların da suyu bulanıb" - Sel təhlükəsi - VİDEO


29-10-2016, 19:14. Yazar: Xeberaz
"Suyun səviyyəsi artıb, bulaqların da suyu bulanıb" - Sel təhlükəsi - VİDEO

Çaylarda suyun səviyyəsi artıb.

ARB Şəki xəbər verir ki, coğrafiya institutunun çaylarda suyun səviyyəsinin artması və sel təhlükəsilə bağlı açıqlamasından sonra çayın yaxınlığında yaşayan Kiş kəndinin sakinləri də vəziyyətdən narahatdırlar.

Elçin Məsimov - Kənd sakini: "Dağlara yağış yağandan sonra suyun səviyyəsi artır. Qapqara su gəlir".

Kəmalə İsmayılova - Kənd sakini: "Yağışdan sonra çaylarda suyun səviyyəsi artıb, bulaqların da suyu bulanıb.

Şəki Regional Hidrometeorologiya müəssisəsi tərəfindən isə mütəmadi olaraq çaylarda suyun səviyyəsi ölçülür və proses nəzarətdə saxlanılır. Son günlərdə aparılan ölçmələr zamanı idarədən çayların səviyyəsində artım olduğu təsdiqlənib. Bununla belə təşvişə səbəb olmadığı bildirilir.







Geri dön