Ana Sayfa > Karusel / İqtisadiyyat / Bizim seçim > Tərtərdə 107 metrlik körpü tikilir + Video

Tərtərdə 107 metrlik körpü tikilir + Video


29-10-2016, 15:48. Yazar: Xeberaz
Tərtərdə 107 metrlik körpü tikilir + Video

Bərdə-İstisu avtomobil yolunun 10-cu km-də mühüm əhəmiyyətə malik avtomobil körpüsü inşa edilir.

“Azəravtoyol”un mətbuat xidmətindən verilən məlumata görə, Tərtər çay üzərində inşası aparılan 3 aşırımlı körpünün uzunluğu 107 metr, eni 12 metr, çay məcrasından hündürlüyü isə 15 m-dir.

Körpü 2 hərəkət zolaqlı olmaqla hərəkət hissəsinin eni 8.5 m-dir. Vətəndaşların körpü ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə hər bir istiqamət üzrə 1.75 m enində piyada səkilərinin də tikintisi nəzərdə tutulub.

Lahiyyə çərçivəsində 110 metr uzunluğunda beton mühafizə bəndi, 400 metr yanaşma yolları və ümumi uzunluğu 56 metr olan 5 ədəd dairəvi borunun tikintisi aparılacaq.

Tərtər rayonunun Zolgölən və Sarcalı kəndlərini birləşdirəcək avtomobil körpüsü istismara verildikdən sonra məsafə dəfələrlə qısalacaq. Ümumilikdə 11 yaşayış məntəqəsinin 25.6 min əhalisinin gediş-gəlişi xeyli rahatlaçacaq. Bundan öncə isə vətəndaşlar Tərtər və Bərdə rayon mərkəzlərinə getmək üçün 10 km-dən artıq yol gət etməli olurdular.

Hazırda tikinti işləri yüksək keyfiyyətlə və texnoloji ardıcıllığa riayət olunmaqla “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır.


Geri dön