Ana Sayfa > Karusel / Gündəm > Sabah qar yağacaq - HAVA PROQNOZU
Sabah qar yağacaq - HAVA PROQNOZU29-10-2016, 15:37. Yazar: Xeberaz |
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı, duman olacağı ehtimalı var, srabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan məlumata görə, havanın temperaturu gecə 8-10 dərəcə, gündüz 11-16 dərəcə olacaq. Bakıda gecə 8-10°, gündüz 14-16° olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-10°, gündüz 13-18°, dağlarda gecə 2° şaxtadan 3°-dək, gündüz 10-15° olacağı gözlənilir. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti oktyabr ayının sonunadək davam edəcəyi gözlənilir. Geri dön |