Ana Sayfa > Karusel / Hadisə > Ana və azyaşlı övladı dəm qazından zəhərləndi - Şəmkirdə

Ana və azyaşlı övladı dəm qazından zəhərləndi - Şəmkirdə


28-10-2016, 21:11. Yazar: Xeberaz
Ana və azyaşlı övladı dəm qazından zəhərləndi - Şəmkirdə

Şəmkirdə ana və azyaşlı övladı dəm qazından zəhərlənib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə Daşbulaq qəsəbəsində qeydə alınıb.


Kənd sakini, 1993-cü il təvəllüdlü Ellada Quliyeva və onun 2 yaşlı övladı vanna otağında olarkən dəm qazından zəhərləniblər. Zərərçəkənlər Şəmkir Rayon Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.



Geri dön