Ana Sayfa > Karusel / Siyasət / Dünya > Rusiyadan şok açıqlama: Müxaliflər vurulacaq

Rusiyadan şok açıqlama: Müxaliflər vurulacaq


28-10-2016, 21:06. Yazar: Xeberaz

Rusiyadan şok açıqlama: Müxaliflər vurulacaq

Hələbdə Nüsrə Cəbhəsi ilə əlaqəni kəsməyən bütün müxaliflər hədəf alınacaq.

"Xəbəraz.az " xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Moskvada baş tutan üçtərəfli görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

XİN rəhbəri qeyd edib ki, ABŞ Rusiyanın bu addımını dəstəkləyəcək:

“Terrorçuları məhv etmək lazımdır. Qərbli tərəfdaşlarımızdan fərqli olaraq bu missiyamızı sonuna qədər davam etdirməkdə qərarlıyıq. Hələbdə müxaliflərin Nüsrə Cəbhəsindən ayrılmaq fikri yoxdur. Bu səbəbdən onlar da terrorçularla birgə hədəf alınacaq”.

Qeyd edək ki, Rusiya və Əsəd rejimi aylardır ki, Hələbdə dinc sakinləri bombalayır.
Geri dön