Ana Sayfa > Karusel / Hadisə > Qubada torpaq sürüşməsi: 8 kəndlə əlaqə kəsildi

Qubada torpaq sürüşməsi: 8 kəndlə əlaqə kəsildi


28-10-2016, 20:45. Yazar: Xeberaz
Qubada torpaq sürüşməsi: 8 kəndlə əlaqə kəsildi


Quba rayonun dağlıq ərazidə sürüşmə baş verib.
"Report"un Şimal bürosu xəbər verir ki, Quba rayonunu Xınalıq kəndi ilə birləşdirən avtomobil yoluna 3 tondan böyük qaya parçası torpaq qatı ilə birlikdə düşüb. Nəticədə Quba-Xınalıq yolunun 35-ci kilometrliyi bağlanıb. Hazırda 8 kəndlə nəqliyyat əlaqəsi kəsilib.
"Azəravtoyol" ASC-nin Xınalıq üzrə sahə rəisi Bilal Sultanov "Report"a bildirib ki, yolun açılması üçün əraziyə texnika cəlb olunub: "Hazırda yol bağlıdır və bu yoldan istifadə edən sürücülər çox ehtiyatlı olsunlar".
Geri dön