Ana Sayfa > Karusel / Maraqlı / Fotogalereya > 3 milyon dollarlıq büstqalter: onu kim geyinəcək? - FOTOLAR

3 milyon dollarlıq büstqalter: onu kim geyinəcək? - FOTOLAR


28-10-2016, 17:18. Yazar: Xeberaz
3 milyon dollarlıq büstqalter: onu kim geyinəcək? - FOTOLAR


Məşhur dünya markası olan Victoria's Secret hər il bahalı daş-qaşlarla bəzədilmiş büstqalter modelini təqdim edir. Hər il bir modelin geyinmək şansı qazandığı həmin bahalı, möhtəşəm büstqalteri bu il podiumda model Jasmine Tookes daşıyacaq.

"Xəbəraz.az "-ın məlumatına görə, Jasmine Tookes yeni modeli dəfilənin “Bright Night Angel” hissəsində təqdim edəcək.

3 milyon dollar dəyərində əl işi olan “2016 Bright Night Fantasy Bra” büstqalteri Eddie Bargo tərəfindən “AW Mauzannar” cəvahiratları ilə məxsusi olaraq Victoria 's Secret üçün dizayn olunur.

Büstqlater 700 saat ərzində 9000 ədəd qiymətli daşla hazırlanıb. 18 əyarlıq brilyant və zümrüdlərlə bəzədilmiş bu xüsusi büstqalter 450 karat ağırlığındadır. Büstqalterin qəlibi yeni kolleksiyada yer alan “Beautiful by Victoria 's Secret” push-up modelindən alınıb.

Qeyd edək ki, əvvəlki dəfilələrdə “Fantasy Bra”yı Adriana Lima, Alessandra Ambrosio, Candice Swanepoel, Lily Aldridge, Miranda Kerr, Gisele Bundchen, Heidi Klum, Tyra Banks kimi məşhur modellər təqdim edib.lent.az

3 milyon dollarlıq büstqalter: onu kim geyinəcək? - FOTOLAR
3 milyon dollarlıq büstqalter: onu kim geyinəcək? - FOTOLAR

Geri dön