Ana Sayfa > Karusel / Hadisə / Bizim seçim > Bakıda 8 bina təcili söküləcək

Bakıda 8 bina təcili söküləcək


27-10-2016, 21:01. Yazar: Xeberaz
Bakıda 8 bina təcili söküləcək

Bakının Bayıl qəsəbəsində bir sıra yaşayış binaları söküləcək.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə Səbail Rayon İcra Hakimiyyətindən Azeri.Today-ə bildiriblər.

Hazırda Qurban Abbasov 27 ünvanında yerləşən yaşayış binaları tamamilə sökülüb.

"Hazırda 8 binanın söküntüsünə hazırlaşırıq. Xanlar küçəsi 51, 16, 85, 57, 59; Q.Abbasov küçəsi 58, 62, 62A ünvanlarındakı binalar söküləcək", - deyə İH-dən bildirilib.

Hazırda məznil sahiblərinin 2 il müddətinə kirayə mənzillərə köçürülməsi ilə bağlı danışıqlar gedir: "Sökülən binaların yerində çoxmərtəbəli yaşayış binaları tikiləcək. Həmin binalardan mənzili sökülənlərə yeni evlər veriləcək".
Geri dön