Ana Sayfa > Karusel / Hadisə > Ərgərlikdən yayınıb 18 il axtarışda olan - Azərbaycanlı tapıldı

Ərgərlikdən yayınıb 18 il axtarışda olan - Azərbaycanlı tapıldı


27-10-2016, 13:03. Yazar: Xeberaz
Ərgərlikdən yayınıb 18 il axtarışda olan - Azərbaycanlı tapıldı

Rusiya hüquq-mühafizə orqanları 18 il axtarışda olan Azərbaycan vətəndaşını həbsxanada tapıblar.

"Xəbəraz.az "Modern.az-a istinadən xəbər verir ki, 1980-ci il təvəllüdlü azərbaycanlı beynəlxalq axtarışda olmasına baxmayaraq müxtəlif adlar altında Rusiyanın müxtəlif regionlarında yaşayıb və dəfələrlə həbsdə də olub.

Belə ki, bu ilin martında Çerepovets şəhərinin polisləri avtomobil yandıran şəxsi həbs ediblər. İstintaq onun bu əməldə təqsirini sübuta yetirdiyi üçün həmin şəxsə 1 il 8 ay müddətinə həbs verilib. O, cəzasını çəkmək üçün Ustyujinsk rayonundakı 20 nömərli cəzaçəkmə müəssisənə gətirilib.

Lakin diqqətcil həbsxana gözətçiləri məhbusun əslində öz əsl adını gizlətməsindən şübhələniblər. Azərbaycana sorğu göndərilən zaman aydın olub ki, həmin şəxs 1998-ci ildə öz ordusunda hərbi xidmətdən yayınıb və Rusiyaya gəlib. Saxta adlarla uzun illər Rusiyada yaşayan azərbaycanlı hətta Moskvadakı səfirlikdən müxtəlif bəhanələrlə yeni pasport da ala bilib.

Rusiya tərəfi cəzasını çəkdikdən sonra azərbaycanlının vətəninə ekstradisiya olunacağını elan edib.
Geri dön