Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Partlayış zamanı ağır xəsarət alan yüksək vəzifəli məmur dünyasını dəyişdi

Partlayış zamanı ağır xəsarət alan yüksək vəzifəli məmur dünyasını dəyişdi


27-10-2016, 12:48. Yazar: Xeberaz
 Partlayış zamanı ağır xəsarət alan yüksək vəzifəli məmur  dünyasını dəyişdi

Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən villada baş verən partlayış zamanı ağır xəsarət alan "Azəravtoyol" MMC-in Aparat rəhbəri Müşviq Abbasov dünyasını dəyişib.
"Xəbəraz.az " report-a istinadən bildirir ki, hadisədən sonra M.Abbasov Türkiyəyə aparılmış və oradakı xəstəxanalardan birinə yerləşdirilmişdi.
O, oktyabrın 27-də Ankarada xəstəxanada vəfat edib.
Şəbruz Novruzovanın vəziyyəti isə ağır olaraq qalır.
Qeyd edək ki, oktyabr N ın 20-də Abşeron rayonun Hökməli qəsəbəsi Koroğlu küçəsi döngə 5 ünvanında fərdi yaşayış evində partlayış baş verib. Hadisə zamanı ev sahibi Müşviq Abbasov, həyat yoldaşı Şəbruz Novruzova, 12 yaşlı qızları Leyla Abbasova ağır xəsarət alıblar, 3 yaşlı qızları Banuçiçək Abbasova isə ölüb.
M.Abbasov və həyat yoldaşı Türkiyədə xəstəxanaya yerləşdirilmişdilər.
Xatırladaq ki, M.Abbasov "Azəravtoyol" MMC-də Aparat rəhbəri vəzifəsində işləyib.
Geri dön