Ana Sayfa > Karusel / Şou-Biznes / Xəbəraz TV > Bəstəkar müğənni kimdən bağışlanmağını istəyir? - VİDEO

Bəstəkar müğənni kimdən bağışlanmağını istəyir? - VİDEO


25-10-2016, 15:55. Yazar: Xeberaz
Bəstəkar müğənni kimdən bağışlanmağını istəyir? - VİDEO

Şou-biznesdə bir çox ulduzların mahnılarını bəstələyən azərbaycanlı bəstəkar Muxtar Abseynov yeni mahnı oxuyub. "Xəbəraz.az "-a açıqlama verən bəstəkar-ifaçı bildirib ki, müəllifi olduğu “Bağışla” adlı bəstəni lentə aldırıb: “Ümumiyyətlə mahnı oxumaqda məqsədim o deyil ki, müğənni olum, toylara gedim. Sadəcə bəstələdiyim mahnını özüm də oxumaq qərarına gəlmişəm. Mahnı oxumağa bir hobbi kimi yanaşıram. İfalarımdan ibarət yeni albom çıxartmaq niyyətindəyəm. Artıq həmin albom üçün bir neçə mahnı oxumuşam. Onlardan ən sonuncusunu əməkdar artist Sevda Ələkbərzadə ilə “Gözlərimi bağla” adlı bəstəmi duet oxumuşuq. Bu duet də dinləyicilər tərəfindən sevildi. Qarşıda daha bir neçə mahnılar var. Düşünürəm ki, sonda gözəl bir albom ərsəyə gələcək”.

Qeyd edək ki, M,Abseynov xalq artistləri Aygün Kazımovanın “Tək mənimsən”, Zülfiyyə Xanbabayevanın “Yox demə”, “Mənim deyilsən”, “Yuxuma gəlsən”, “Qəlbimdə məhəbbət”, əməkdar artist Röya Ayxanın “Məktub”, “Əs dəli küləyim”, Sevda Ələkbərzadənin “Bir sevgim var”, “Sevdim” , “Mənim qəlbimə”, “Gözlərmi bağla”, Natavan Həbibinin “Harda olsan”, “İstərəm”, “Düşünürəm”, “Qismət ayıranda”, “Ad günü”, Samira Allahverdinin “Nəyə görə”, “Sən”, “Vəfasız həyat” kimi sevilən bəstələrin müəllifidir.


Geri dön