Ana Sayfa > Karusel / İqtisadiyyat > Dekabrda dolların bahalaşacağı dəqiqləşir

Dekabrda dolların bahalaşacağı dəqiqləşir


25-10-2016, 15:14. Yazar: Xeberaz
Dekabrda dolların bahalaşacağı dəqiqləşir

ABŞ Mərkəzi Bankının (FED) Çikaqo şöbəsinin rəhbəri Çarlz Evans faizləri artırmaq üçün inflyasiyanın irəliləyişinin əsas götürülməli olduğunu bəyan edib.
- "Xəbəraz.az " xəbər verir ki, Evans Çikaqoda çıxışında FED-in inflyasiya hədəfinə çatmaq üçün faizləri aşağı saxlamaq məcburiyyətində qalacağına işarə edib: "FED davamlı qiymət sabitliyinə (2%-lik inflyasiyaya) gecikmədən çatmaq üçün əzmkarlıq göstərməlidir”.
O bildirib ki, faiz artımları inflyasiyanın yüksəlməsinə görə nizamlanmalıdır. Evans eyni zamanda qısamüddətli iqtisadi mənzərənin nisbətən yaxşı olduğunu da dilə gətirib.
FED-in Sankt-Luis şöbəsinin sədri Ceyms Bullard faizlərə dair açıqlamasında “Hələlik bir dəfə faiz artımına ehtiyac var”, - deyə bildirib. Bullard qarşıdakı 2-3 ildə faiz nisbətlərinin aşağı qalacağını deyib. ABŞ xəzinə istiqraz vərəqələrinin faizlərinin çox aşağı olduğunu və yaxın zamanda qalxacağını düşünmədiyini bildirən Bullard inflyasiyanın 2% səviyyəsinə çatacağını qeyd edib.
Bullard faiz artımının zamanla əlaqədar olmasına dair açıqlama verməyib. Müddətli müqavilələr bu il faiz artımı ehtimalını 71% göstərir.

Geri dön