Ana Sayfa > Karusel / Gündəm > Sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ
Sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ24-10-2016, 19:08. Yazar: Xeberaz |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə. Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də arabir yağış yağacağı, gündüz yağışda fasilə olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan artıq 773 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında Oktyabrın 25-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-9, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti olacaq. Xəbərdarlıq Ölkə ərazisində qeyri-sabit hava şəraitinin oktyabrın 27-dək davam edəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Çaylarda sululuğun artacağı ehtimal olunur. Geri dön |