Ana Sayfa > Karusel / Hadisə / İdman / M2 / Xəbəraz TV > Futbolçu meydanda dünyasını dəyişdi - VİDEO

Futbolçu meydanda dünyasını dəyişdi - VİDEO


25-05-2015, 17:19. Yazar: Fehrad
Futbolçu meydanda dünyasını dəyişdi - VİDEO


Futbol meydanlarında daha bir bədbəxt hadisə baş verib. Xeberaz.az Apasport.az saytına istinadən xəbər verir ki, Argentinanın "Atletiko Parana" klubunun futbolçusu Kristian Qomes dünyasını dəyişib.

Ölüm hadisəsi "Atletiko Parana"nın "Boka Udinos"la oyunu zamanı baş verib. Matçın 32-ci dəqiqəsində 27 yaşlı futbolçu huşunu itirərək, yerə yıxılıb. Bunu görən qarşılaşmanın baş hakimi dərhal oyunu dayandırıb.

Komandanın həkimləri Qomesin həyatını xilas etmək üçün çalışsalar da, bu, onlara müəssər olmayıb. Müdafiəçi xəstəxanaya aparılarkən, yola keçinib.

Həkimlərin diaqnozuna görə, Qomes ürək tutmasından dünyasını dəyişib.


[media=https://youtu.be/Btke9qW42gY]


Geri dön