Ana Sayfa > Karusel / Maraqlı > Sizi bəlalardan qoruyan - Zeytun yağı
Sizi bəlalardan qoruyan - Zeytun yağı21-10-2016, 22:40. Yazar: Xeberaz |
Həkimlər zeytun yağının digər yağlara nisbətən daha faydalı olduğunu bildirir. "Xəbəraz.az "zeytun yağının faydaları və müalicəvi xüsusiyyətləri haqda yazını təqdim edir: Həzm sisteminə kömək edir Zeytun yağı həzm sisteminə, xüsusilə bağırsaqların qaydasında işləməsinə kömək edir, babasil və qəbizlik problemlərini aradan qaldırır. Həmçinin, antioksidant xüsusiyyəti sayəsində bağırsaqları təmizləyir. Döş xərçəngi riskini azaldır Zeytun yağı döş xərçəngi olmaq riskini azaltmaqla yanaşı, doğum sonrası və əmizdirmə dövründə meydana gələn döş ucu çatlamasını aradan qaldırır. Diabetə faydalıdır Zeytun yağı qan şəkəri səviyyəsini azaldır. Bu yağ orqanizmdə insulin vəzifəsini yerinə yetirir. Qaraciyəri qoruyur Zeytun yağı çox təsirli antioksidantdır və qara ciyəri toksinlərin verəcəyi zərərlərdən qoruyur. Geri dön |