Ana Sayfa > Karusel / Hadisə > Xudatda şərab sexində PARTLAYIŞ

Xudatda şərab sexində PARTLAYIŞ


21-10-2016, 18:00. Yazar: Xeberaz
Xudatda şərab sexində PARTLAYIŞ

Xudat şəhərində partlayış qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə bu gün “Azərşərab” MMC-nin Xudat şəhərində yerləşən şərab sexində qeydə alınıb. Ümumi sahəsi 2000 kvadrat olan müəssisənin 100 kvadratmetrlik hissəsində olan partlayış nəticəsində müəssisənin bir divarı və yaxınlıqda yerləşən “Xudat” MMC-yə məxsus limonad sexinin 3 divarı uçub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Partlayışdan sonra əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub. Partlayışın səbəbləri araşdırılır.

Geri dön