Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Bakı Metropoliteni daha yeni 5 vaqon almaq istəyir

Bakı Metropoliteni daha yeni 5 vaqon almaq istəyir


21-10-2016, 13:50. Yazar: Xeberaz

Bakı Metropoliteni daha yeni 5 vaqon almaq istəyir

Bakı Metropliteni daha yeni 5 vaqon almaq üzrədir. Bu barədə Faktinfo.az saytına danışan mənbə bildirir ki, artıq bu barədə danışıqlar yekunlaşıb. 2015-ci il Avropa Oyunları ərəfəsində istifadəyə verilən təzə vaqonların davamı olaraq, Bakıya müasir, dünya standartlarına cavab verən vaqonlar gətiriləcək.

Məlumat üçün bildirək ki, son iki ildə Bakı Metropliteni stansiyalarda təmir və yenidənqurma işlərini demək olar ki, yekunlaşdırıb. Bütün stansiyalarda sərnişinlərin rahatlığını nəzərə alaraq, vahid oturacaqların quraşdırılmasını təmin edib. Metrodan ticarət obyektləri yığışdırılıb, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün maneələr aradan qaldırılıb. Sərnişin sıxlığının aradan qaldırılmasını təmin etmək üçün qatarlar arası intervala maksimum səviyyədə xüsusi diqqət yetirilib. “Talkuçka” və bazarı xatırladan mənzərə sərnişinlərə yaddır ki, artıq metroda ağız deyəni qulaq eşidir.


Geri dön