Ana Sayfa > Karusel / Hadisə > Göygöldə iki azyaşlı dəm qazının qurbanı oldu - YENİLƏNİB

Göygöldə iki azyaşlı dəm qazının qurbanı oldu - YENİLƏNİB


19-10-2016, 23:58. Yazar: Xeberaz
Göygöldə iki azyaşlı dəm qazının qurbanı oldu - YENİLƏNİB

Göygöldə dəm qazından zəhərlənmə olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Göygöl şəhərinin Babək küçəsində qeydə alınıb.


Gəncə sakini, 1990-cı il təvəllüdlü Bahar Abbasova və onun iki azyaşlı övladı dəm qazından zəhərlənib.

Hadisə nəticəsində 2 yaşlı Abbasov Tuncay Vüsal oğlu və 4 yaşlı Abbasova Xədicə Vüsal qızı vəfat edib, Bahar Abbasova isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Geri dön