Ana Sayfa > Karusel / Səhiyyə / Bizim seçim > Səhiyyə Nazirliyindən dərman idxalçılarına XƏBƏRDARLIQ

Səhiyyə Nazirliyindən dərman idxalçılarına XƏBƏRDARLIQ


19-10-2016, 16:55. Yazar: Xeberaz
Səhiyyə Nazirliyindən dərman idxalçılarına XƏBƏRDARLIQ

Səhiyyə Nazirliyi dərman vasitəsi idxalçıları və xarici istehsalçı müəssisələrin rəsmi nümayəndəliklərinə müraciət edib.
Nazirlikdən verilən məlumata görə, müraciətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyul 2007-ci il tarixli 108 nömrəli qərarı ilə təsdiqlənmiş “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması” Qaydalarına əsasən dərman vasitəsinin qeydiyyat vəsiqəsi 5 il müddətinə qüvvədə qaldığı bildirilib.
“Farmakopeya qaydalarına əsasən, steril dərman vasitələrinin laborator sınağı 15 gün ərzində həyata keçirilir. Həftənin şənbə və bazar günləri Mərkəzin iş günü olmaması, bəzi hallarda istirahət, bayram və digər qeyri-iş günlərinin həftəiçi günlərə təsadüf etməsi nəticəsində dərman vasitəsinin sənədlərinin ekspertizası və nümunələrinin laborator sınaqlarının aparılmasına qədər qeydiyyat vəsiqəsinin qüvvədə olma müddətinin bitməsi hallarına rast gəlinir. Bununla əlaqədar olaraq dərman vasitəsinin qeydiyyat vəsiqəsinin qüvvədə olma müddətinin bitməsinə 30 təqvim günündən az qaldığı təqdirdə ölkəyə idxal olunması məqsədəmüvafiq hesab edilmir”
Geri dön