Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Doğuş zamanı uşaq öldü - Şəkidə + Video

Doğuş zamanı uşaq öldü - Şəkidə + Video


19-10-2016, 15:09. Yazar: Xeberaz

Doğuş zamanı uşaq öldü - Şəkidə + Video

Şəkidə İlyasovlar ailəsinin ilk övladı doğuş zamanı dünyasını dəyişib.
"Xəbəraz.az " ARB TV-yə istinadən xəbər verir ki, dünən səhər saatlarında Şəki Regional Perinatal Mərkəzinə daxil olan İlyaslı Aidə Bəxtiyar qızı axşam saatlarında təbii doğuş həyata keçirib. Ancaq nəticə faciəvi olub, uşaq ölüb.

Xəstənin qohumu olan Rəşad İlyasov deyir ki, həkimlər əvvəlcə hər şeyin yaxşı olduğunu deyiblər.

Xəstənin digər qohumu olan Sədaqət İlyasova isə səhər saat 06:00-dan xəstəxanada olduqlarlarını qeyd edib:
"Səhər gətirdik uşağı. Artıq doğuş zamanı qapını bağlayıb bizi qovdular. Əvvəlcə göz aydınlığı verdilər ki, uşaq olub. Sonra bəlli oldu ki, uşaq ölüb”.





Geri dön