Ana Sayfa > Karusel / Şou-Biznes / M2 > Onun doğma anası deyiləm - Xanlarova

Onun doğma anası deyiləm - Xanlarova


19-10-2016, 11:48. Yazar: Xeberaz
Onun doğma anası deyiləm - Xanlarova

Bəzi bədnam adamlar qızım Aysel böyüyəndə ona dedilər ki, Mehriban sənin əsl anan deyil, xalandır.

"Xəbəraz.az " xəbər verir ki, bu sözləri əməkdar artist Mehriban Xanlarova “Ürəyim istəyir” verilişində deyib. O, vaxtında qızına həqiqəti danışdığını bildirib:

“Bununla guya onlar mənə zərbə vurmağa çalışdılar, amma onsuz da Aysel böyüyəndə ona hər şeyi danışmışdım. Bacım rəhmətə gedəndə Ayselin 3 yaşı var idi. Bacım onu mənə əmanət edib getdi. Mən də Ayselə doğma qızım kimi baxdım, böyütdüm, evləndirdim. İndi şükür ki, o özü artıq anadır”.
Geri dön