Ana Sayfa > Karusel / Şou-Biznes / Foto-fakt > Azərbaycanlı prodüser yeni musiqi layihəsi

Azərbaycanlı prodüser yeni musiqi layihəsi


18-10-2016, 12:18. Yazar: Xeberaz
Azərbaycanlı prodüser yeni musiqi layihəsi
Azərbaycanlı prodüser Roland Bayramov yeni layihəsini həyata keçirəcək.
"Xəbəraz.az "-a açıqlama verən prodüser bildirib ki, “Bakı star” adlı musiqi yarışma hazırlayır: “Çoxdandır ki, bu layihə üzərində çalışırdım. Nəhayət vaxt vədə yetişdi ki, bu barədə açıqlama verəm. Düşünürəm ki, bu musiqili layihə tamaşaçıların marağına səbəb olacaq. “Bakı star”ın hansı telekanalda yayımlanacağını isə indidən söyləmək istəmirəm. Yaxın müddətdə layihəylə bağlı hər şeyi görəcəksiniz”.

Qeyd edək ki, R.Bayramov sonuncu dəfə xalq artisti Aygün Kazımovayla işləyib. Xalq artistinə qədər isə şou-biznesdə bir çox tanınmışlarla Faiq Ağayev, Natavan Həbibi, Zamiq Hüseynov, Vasif Məhərrəmli, Emil Bədəlov və başqaları ilə işləyib.


Azərbaycanlı prodüser yeni musiqi layihəsi
Geri dön