Ana Sayfa > Karusel / Şou-Biznes / Fotogalereya > Hadisə 250 min avro təzminat ödəyəcək

Hadisə 250 min avro təzminat ödəyəcək


18-10-2016, 11:49. Yazar: Xeberaz
Hadisə 250 min avro təzminat ödəyəcək
Tanınmış Türk müğənnisi Hadisənin 250 min avro təzminat ödəyəcəyi iddia edilir.

"Xəbəraz.az " -ın Türkiyə mətbuatına istinadən məlumatına görə, müğənnin bu qədər məbləğ ödəməsinə səbəb isə bacıları Derya və Hülya Açıkgözdür. Məlumatda deyilir ki, Hadisə bacılarının ucbatından “Trendyol” markasının sahibi DSM qrup ilə 4 il əvvəl imzaladığı 500 min avroluq reklam müqaviləsinin şərtlərini pozub. Müqavilədə müğənnin 1 il heç bir moda və elektron-ticarət markasına aid reklamda iştirak edə bilməməsi şərti qeyd edilib. D. Açıkgöz isə digər rəqib markaların paltarlarını bacısına geyindirərək fotolar paylaşıb. Eyni zamanda H.Açıkgöz Hadisənin ləl-cəvahirat firmalarından birində olduğu zaman bu olayı sosial şəbəkələrdə paylaşıb.

Müğənni isə müqavilənin heç bir şərtini pozmadığını deyib: “Təqdimatda bacım mənim adımdan istifadə edərək heç bir qazanc əldə etməyib. Şəkilləri isə yalnız öz qrupumuzda paylaşdıq. Bacımın mənə geyindirdiyi paltarlar ya hədiyyədir, ya da özümüz almışıq”.


Hadisə 250 min avro təzminat ödəyəcək
Geri dön