Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Bağlanan bankların əmanətçilərinə 407 milyon manat ödənilib

Bağlanan bankların əmanətçilərinə 407 milyon manat ödənilib


18-10-2016, 11:42. Yazar: Xeberaz
Bağlanan bankların əmanətçilərinə 407 milyon manat ödənilib

Əmanətlərin Sığortalanması Fondu tərəfindən oktyabrın 17-də bağlanan bir neçə bankın əmanətçilərinə kompensasiya ödəyib.

“Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 milyon 820 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 50 milyon 974 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 17 milyon 979 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 850 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 104 miyon 623 min manatdan artıq kompensasiya ödənilib.

Həmçinin, ötən gün “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 13 milyon 902 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 846 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 15 milyon 748 min manatdan artıq kompensasiya ödənilib.

“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 977 min manatdan artıq, 3 bank üzrə ümumilikdə 145 milyon 038 min manatdan artıq kompensasiya ödənilib.

Həmçinin, “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 141 milyon 430 min manat artıq kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 406 milyon 839 min manatdan artıq kompensasiya ödənilib.
Geri dön