Ana Sayfa > Karusel / Şou-Biznes / Foto-fakt > Faiqdən Tünzaləyə: “Sözümü həsrətlə gözləyərdin...”

Faiqdən Tünzaləyə: “Sözümü həsrətlə gözləyərdin...”


17-10-2016, 21:07. Yazar: Xeberaz
Faiqdən Tünzaləyə: “Sözümü həsrətlə gözləyərdin...”

Bir-iki pillə irəliləyən kimi köhnə dost-tanışa üz çevirmək düzgün deyil.

Bu sözləri xalq artisti Faiq Ağayev aralarında soyuqluq yaşanan əməkdar artist Tünzalə Ağayeva haqda “ATV maqazin onlarla” verilişində deyib. O, bir vaxtlar Tünzalə Ağayevanın iştirak etdiyi yarışmada münsif olduğunu bildirib:

“Məsələni ümumiləşdirmək istəyirəm. Düşünürəm ki, heç kim bir-iki pillə irəliləyən kimi köhnə dost-tanışını unutmamalı, onlara yuxarıdan aşağı baxmamalıdır. Bir insan ancaq digərlərinə o halda yuxarıdan aşağı baxa bilər ki, hansısa göydələndə olsun.

Xatırlatmaq istəyirəm ki, mən 2001-ci ildə Tünzalə Ağayevanın iştirakçı olduğu “Bakı payızı” yarışmasında münsif olmuşam. Vaxt var idi sən mənim ağzımdan çıxacaq bircə “hə” kəlməsini həsrətlə gözləyirdin”.
Geri dön