Ana Sayfa > Karusel / Hadisə > Qaxda at qadını təpikləyərək ağır xəsarətlər yetirib

Qaxda at qadını təpikləyərək ağır xəsarətlər yetirib


16-10-2016, 10:35. Yazar: Xeberaz
Qaxda at qadını təpikləyərək ağır xəsarətlər yetirib

Qaxda at təpikləyən iki uşaq anası ağır xəsarət alıb. "Xəbəraz.az " bildirir ki, Qax Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, oktyabrın 15-i axşam saat 19 radələrində rayonun Tanqıt kənd sakini, 1981-ci il təvəllüdlü Tünzalə Əhliman qızı Hünbətova kəllə-beyin travması, beyin silkələnməsi və qulaq seyvanının cırığı xəsarəti ilə xəstəxanaya daxil olub.

Xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən Tünzalə Hünbətovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Geri dön