Ana Sayfa > Karusel / Qadınlar > İranlı qadınların gözəlliyinin sirri

İranlı qadınların gözəlliyinin sirri


15-10-2016, 21:09. Yazar: Xeberaz
İranlı qadınların gözəlliyinin sirri


1.İranlı qadınlar badamı gözlərə sahib olduqları üçün daima cazibədar görünürlər. Onların bu cazibədarlıqlarının sirri gözlərinə çəkdikləri makiyajdandır. İranlı qadınlar gözlərinin qara və ya qəhvə rəngini ön plana çəkmək üçün tünd rəngli qələm və göz kölgəsindən istifadə edirlər. Onların gözlərinin üst qapaqlarına sürtdükləri sürmə, gözlərinin iri və parlaq görünməsinə səbəb olur. Gözlərin üst qapaqlarına sürmə sürtüldükdə gözün giləsi iri və işıqlı görünür.
2. İranlı qadınlar dərilərinin gözəl və sığallı olması üçün təbii yağlardan istifadə edirlər. Onlar ölü dəniz duzu və süd ilə vanna qəbul etməklə dərilərini gözəl və təravətli qalmasına nail olurlar. Vaxtaşırı süd vannası qəbul etmək dərini gözəlləşdirdikcə, rənginin də açılmasına səbəb olur.
3. İranlı qadınlar saçların gözəlliyinə də diqqət edirlər. Onlar saçlarının rəngini tez-tez dəyişməkdən xoşlansalar da təbii yağlardan istifadə etməyə daha çox üstünlik verirlər. İranlı qadınlar vaxtaşırı arqan yağı ilə saçlarına qulluq edirlər. Buna görə onların saçları gur və yumuşaq olur.
4. Gözləri və göz makiyajları daha ön plana çəkilsin deyə iranlı qadınlar dodaqlarına açıq rəngli pomada sürtürlər.
5. İranlı qadınlar gözəlləşmələri üçün daima təbii yağlardan istifadə edirlər. Onlar mütəmadi olaraq aşağıdakı yağlardan istifadə edirlər:
* badam yağı
* arqan yağı
* hind qozu yağı
* susam yağı
* qara cirə yağı.
Geri dön