Ana Sayfa > Karusel / Maraqlı / İbadət > Qapıdan nal asmaq adəti aşura faciəsindən sonra yaranıb?

Qapıdan nal asmaq adəti aşura faciəsindən sonra yaranıb?


15-10-2016, 20:26. Yazar: Xeberaz
Qapıdan nal asmaq adəti aşura faciəsindən sonra yaranıb?

Deyirlər ki, qapıdan nal asmaq adəti aşura faciəsindən sonra yaranıb. Yezidin əsgərləri Kərbəla şəhidlərinin cəsədinin üstündən at sürəndən sonra atların nallarını təbərrük kimi qapıdan asmışdılar. Bu məsələ doğrudurmu?

"Xəbəraz.az " islam.az-a istinadən bildirir ki, həqiqətən, bəzi mənbələrdə bu cür məlumatlara rast gəlirik. Məsələn, məşhur cəfəri alimi Kəracüki "əl-Təəccüb" kitabında bunu qısa şəkildə qeyd edib. İbn Ziyadın 10 əsgərinin Kərbəla şəhidlərinin cəsədi üzərindən tərsinə nallanmış atları sürməsi həqiqətən baş vermiş hadisədir. Həmin nalların Əhli-beyt düşmənləri tərəfindən təbərrük kimi götürülməsi də mümkündür. Lakin zənnimizcə, at nalının qapılara vurulmasının səbəbini bununla məhdudlaşdırmaq doğru deyil. Bu ənənə Kərbəla hadisəsindən çox-çox əvvəl türk xalqlarında mövcud idi. Türklər atı uğurlu heyvan sayırdılar (ərəb üçün dəvə nə qədər qiymətli və mühümdürsə, türk üçün at da o cür idi). Ona görə də at nalının uğur gətirəcəyinə inanır və qapıdan asırdılar. Çox güman ki, bu ənənə türklərin vasitəsilə müsəlmanların həyatına daxil olmuşdur.
Geri dön