Ana Sayfa > Karusel / Gündəm / M2 / Xəbəraz TV / Reportaj > QHT-lərin İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər Gəncədə davam etdirilib

QHT-lərin İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər Gəncədə davam etdirilib

15-10-2016, 01:17. Yazar: Xeberaz
QHT-lərin İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər Gəncədə davam etdirilib
Oktyabrın 14-də Gəncədə "Elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı” layihəsi çərçivəsində “QHT-lərin elektron resurslarının yaradılması və QHT nümayəndələrinin İKT bacarıqlarının inkişafı” mövzusunda təlim keçirilib.

"Xəbəraz.az " xəbər verir ki,Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Şəmsi Əsədullayev" xeyriyyə ictimai birliyi tərəfindən YAP Gəncə şəhər təşkilatının qərargahında keçirilən təlimdə 30-dan çox QHT nümayəndəsi və gənc fəallar iştirak edib.

Təlimin layihə rəhbəri və qht.az saytının baş redaktoru Cəsarət Hüseynzadə bildirib ki, layihənin əsas məqsədi QHT-lərin elektron resurslarının yaradılması və QHT nümayəndələrinin İKT bacarıqlarının inkişaf etdirilməsidir. Məlumat verilib ki, indiyədək Bakı, Şirvan, Quba və Mingəçevir şəhərlərində 100-ə yaxın QHT üzvləri üçün təlimlər keçirilib.

Layihə çərçivəsində 400 QHT üçün subdomenli saytlar, 150-yə yaxın QHT liderləri üçün isə bloqlar yaradılıb. Cari ilin mayında başlayan layihənin noyabrın 5-də yekunlaşacağını qeyd edən təlimçi vurğulayıb ki, şəbəkədə daha çox aktivlik göstərən QHT-lərə və gənc fəallara xüsusi mükafatlar təqdim olunacaq.

Təlimdə QHT-lərin vətəndaş cəmiyyəti şəbəkəsinin (www.qht.az) elektron bazasında qeydiyyatı, onlara məxsus subdomenli saytların idarə olunması, QHT liderlərinin informasiya bankının yaradılması, bloqlarının idarə olunması və qht.az xəbər saytına QHT-lər tərəfindən xəbərlərin daxil edilməsi ilə bağlı praktiki məşğələlər aparılıb. Təlimlər zamanı bir neçə təşkilat üçün subdomenli saytlar yaradılıb.

Sonda təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.

Geri dön