Ana Sayfa > Karusel / Maraqlı / M2 / Ekskluziv > « Göz yaşın isladır xoşbəxtliyimi »-Nüsrət Həsən

« Göz yaşın isladır xoşbəxtliyimi »-Nüsrət Həsən


15-10-2016, 00:52. Yazar: Xeberaz
« Göz yaşın isladır xoşbəxtliyimi »-Nüsrət Həsən


« Göz yaşın isladır xoşbəxtliyimi »

******
Daha ürəyindən çıxar at məni
İkimiz barədə xəyallar qurma.
Mən də özgəninəm, sən də özgənin
Unut hisslərini özünü yorma.
***
Mən evli biriyəm, sən subay biri
Sənin də ailən olacaq əlbət.
Zamanı qaytara bilmərik geri
Kama çatmayacaq bizim məhəbbət.
***
Bəsdi ağladığın bəsdi əzizim
Göz yaşın isladır xoşbəxtliyimi.
Axı üzülürəm ey canım-gözüm
Sən ki istəməzdin bədbəxliyimi.
***
Nə edək bizimki belə gətirdi
Bu sevgi qatarı yaman gecikdi.
Bəlkə də qatara biz gecikmişik
Bəlkə də bu dəfə zaman gecikdi.
***
Üzülüb məni də üzmə gül üzlüm.
Bizim ürəyimiz bir ahəngdədi
O qədər ağlayıb qəm çəkmisən ki,
Rəngim də saralıb saçın rəngdədi.
***
müəllif: Nüsrət Həsən
Geri dön