Ana Sayfa > Karusel / Maraqlı > Yerkökü suyunu üzünüzə çəksəniz...

Yerkökü suyunu üzünüzə çəksəniz...


14-10-2016, 19:53. Yazar: Xeberaz
Yerkökü suyunu üzünüzə çəksəniz...

Gözəllik qurban tələb edir. Lakin qurban dedikdə, bahalı kremlərə pul xərcləmək nəzərdə tutulmur. Çox cüzi miqdarda pul xərcləməklə dərinin təravətli və sağlam görünməsinə nail olmaq mümkündür, həmçinin dəriyə mütəmadi olaraq qulluq etmək kifayətdir.
"Xəbəraz.az "Publika.aza istinadən təbii məhsullardan olduqca sadə maska reseptlərini təqdim edir:
Aloe vera
Əzvay bitkisinin (Aloe vera) yarpaqlarındakı gel dərini yeniləyib ləkələri azaldır. Bunun üçün onun yarpağını iki yerə bölüb geli ləkəli hissəyə sürtün. Quruduqdan sonra ilıq su ilə yaxalayın.
Xiyar
Xiyarın tərkibindəki C vitamini və antioksidantlar infeksiyaları aradan qaldırır, ləkələri aradan qaldırır və yaraları sağaldır. Bu tərəvəz həmçinin dərinin toxumalarını da yaxşılaşdırır. Üzdəki ləkələri yox etmək üçün xiyarın qabığını soyub blenderdən keçirin, sonra isə pambıq disklərin köməyiylə üzünüzə sürtün.
Gül suyu
Üzdə sızanaq çıxmasının səbəbi dəri məsamələrində toplanmış artıq yağlardır. Gül suyu artıq yağı təmizləyərək dəri ləkələrini aradan qaldırır. Hər axşam yatmazdan əvvəl üzünüzü və ya ləkənin olduğu yerləri gül suyu ilə silin.
Üzüm çəyirdəyi
Üzüm çəyirdəyi mikroblara qarşı güclü dezinfeksiya edici vasitədir. 110 qram suyun içinə 40 qram üzüm çəyirdəyi tozu töküb qarışdırıb ləkələrə sürtün. Quruduqdan sonra ilıq su ilə yuyun.
Yerkökü
Əzilmiş və ya suyu sıxılmış yerkökü də üzdəki və boyundakı ləkələri təmizləyən effektiv vasitədir. Yarım stəkan yerkökü suyu ilə yarım stəkan çuğundur suyunu qarışdırıb içmək isə orqanizmin zərərli maddələrdən təmizlənməsinə kömək edir, qaraciyərin funksiyasını yaxşılaşdırır.
Sarımsaq
Min bir dərdə dərman olan sarımsaq dəri ləkələri üçün də faydalıdır. Sarımsağı iki yerə bölüb, ortasını üzünüzdə sızanaqların olduğu yerə sürtməklə problemdən qısa müddətdə xilas ola bilərsiniz.
Limon suyu
Limon suyu dəri məsamələrində toplanmış yağların aradan qaldırılmasında, bakteriyaların və qara nöqtələrin yox edilməsində çox təsirlidir. Təzə sıxılmış limon suyu iri dəri məsamələrini sıxlaşdırır. Bunun üçün üzünüzü həftədə iki dəfə limon suyu, bal və sarıkök maskası ilə silin.
Pomidor suyu
Pomidorun qabığını soyub ətini püre halına gətirib hər gün üzünüzə masaj edərək çəkin. Maskanı 10-15 dəqiqə üzünüzdə saxlayıb soyuq su ilə yuyun.
Kartof
Kartofun tərkibində olan nişasta piqment ləkələrinin əmələ gəlməsinin qarşısını alır. Qabığı soyulmuş çiy kartof və ya kartof suyu dərini inanılmaz dərəcədə gözəlləşdirir. Həmçinin göz ətrafındakı qara halqaların aradan qaldırılmasında təsirlidir.
Portağal qabığı
Portağal qabığı C vitamini və antioksidantla zəngin olduğu üçün dərinin gözəl görünməsini təmin edir. Bu meyvənin qabığı ləkə və sızanaqları da təmizləyir. Qabıqları doğrayıb su ilə qarışdıraraq maska hazırlayın. Portağal qabığını həmçinin əsl bal və ya qatıqla qarışdırıb həftədə bir neçə dəfə üzünüzə çəksəniz, dəriniz hamar və qüsursuz görünəcək.
Geri dön