Ana Sayfa > Karusel / Hadisə / Bizim seçim > Bir çarpayıda 2 xəstə yatır - MAŞTAĞADA

Bir çarpayıda 2 xəstə yatır - MAŞTAĞADA


13-10-2016, 17:05. Yazar: Xeberaz
Bir çarpayıda 2 xəstə yatır - MAŞTAĞADA

Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının professoru Nadir İsmayılovun mətbuata verdiyi açıqlama birmənalı qarşılanmayıb.

Belə ki, professor müsahibəsində qeyd edib ki, hazırda Maştağadakı psixoloji mərkəz 1850 çarpayılıq olsa da, orada 2200 xəstə var. Sual olunur ki, bəs yerdə qalan 350 nəfər harada yatır və necə qidalanır?

"Xəbəraz.az " bildirir ki, məsələ ilə bağlı professor Nadir İsmayılov femida.az-a açıqlama verib. Onun sözlərinə görə, rayonlarda olan mərkəzlərdə təmir işləri getdiyi üçün orada olan xəstələr də Maştağaya köçürülüblər. Amma bu onların yerləşməsində problem yaratmayıb.

"Həmin mərkəz müasir üslubda qurulub. Nə olsun ki, çarpayılar azdır. Lazım gəlsə, orada 3000 xəstə də yerləşdirmək olar. Bunu qabartmağa ehtiyac yoxdur".
Geri dön