Ana Sayfa > Karusel / Hadisə > 79 yaşlı sürücü səhv dönüb "Mercedes"i vurdu - VİDEO

79 yaşlı sürücü səhv dönüb "Mercedes"i vurdu - VİDEO


13-10-2016, 15:02. Yazar: Xeberaz
79 yaşlı sürücü səhv dönüb "Mercedes"i vurdu - VİDEO

ARB TV xəbər verir ki, 79 yaşlı sürücünün səhv manevri Gəncədə yol qəzasına səbəb olub.

Şəhərin Üzeyir Hacıbəyov küçəsində Gəncə sakini, 79 yaşlı Camal Əliyev "Opel Sintra" markalı avtomobillə hərəkətdə olarkən dönmə əməliyyatını səhv yerinə yetirib. Nəticədə maşın 28 yaşlı Mehman Əliyevin idarə etdiyi "Mercedes"lə toqquşub.

Qəza zamanı "Mercedes"də olan sərnişin, sürücünün bacısı Vəfa Əliyeva xəsarət alıb və xəstəxanaya aparılıb.

Faktın araşdırılmasına başlanılıb.



Geri dön