Ana Sayfa > Karusel / Hadisə > Bakı-Quba yolunda dəhşətli qəza - Foto

Bakı-Quba yolunda dəhşətli qəza - Foto


12-10-2016, 21:16. Yazar: Xeberaz
Bakı-Quba yolunda dəhşətli qəza - Foto


Bu gün günorta saatlarında Bakı-Quba yolunun 101-ci kilometrində, Siyəzən rayonunun girişində, beton yolda BMW-525 markalı, dövlət nömrə nişanı 90-HK-044 olan avtomobil aşıb.

Virtualaz.org saytının məlumatına görə, avtomobildə olan sərnişin, 38 yaşlı Ağsu rayon sakini Əzimov Həbib Lətif oğlu aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Avtomobildə olan digər 4 nəfər isə yüngül küt xəsarətlər aldıqlarından, ambulator müalicəyə buraxılıblar.

Saytımızın əldə etdiyi məlumata görə, avtomaşında olanlar Rusiyaya gedən Ağsu və Şamaxı sakinləri olublar.

Faktla bağlı Baş Dövlət Yol Polisində araşdırmalara başlanılıb.

Bakı-Quba yolunda dəhşətli qəza - Foto
Geri dön