Ana Sayfa > Karusel / Siyasət / Dünya > Kim Çen nazir müavinini sürgün etdi – Gülməli səbəb

Kim Çen nazir müavinini sürgün etdi – Gülməli səbəb


12-10-2016, 17:59. Yazar: Xeberaz
Kim Çen nazir müavinini sürgün etdi – Gülməli səbəb

Şimali Koreya lideri Kim Çen İnn Xarici İşlər nazirinin müavini Kunq Sok Unqu ailəsi ilə birgə paytaxtdan sürgün edib.
"Xəbəraz.az " xəbər verir ki, diktatorun bu addımı atmasına səbəb nazirlikdə çalışan diplomatlardan birinin Cənubi Koreyaya qaçması olub.

Xatırladaq ki, bu ilin iyulunda Şimali Koreyanın İngiltərə üzrə müvəqqəti işlər vəkili Thae Yonq Ho ailəsi ilə birgə Cənubi Koreyaya qaçmışdı. Nazir müavini Kunq ölkəsinin Avropa üzrə məsul şəxsi olduğundan məhz bu hadisəyə görə cəzalandırıldığı təxmin edilir.

72 yaşlı Kunq 20 ildir Şimali Koreyanın Avropa və Rusiya ilə münasibətlərdən məsul şəxsi olub və peşəkar diplomat kimi tanınır.
Geri dön