Ana Sayfa > Karusel / Gündəm / Bizim seçim > Xalq artistinin oğlu ağır vəziyyətdədir - Foto

Xalq artistinin oğlu ağır vəziyyətdədir - Foto


12-10-2016, 14:24. Yazar: Xeberaz

Xalq artistinin oğlu ağır vəziyyətdədir - Foto

İrəvan Dövlət Teatrının aktyoru 37 yaşlı Məmməd Zeynalov insult keçirib.

Modern.az-ın xəbərinə görə, aktyor hazırda 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.

Əldə etdiyimiz məlumata görə, aktyor dəvət aldığı serial çəkilişinə gedərkən qəfildən təzyiqi qalxıb və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Həkimlər həyati təhlükəsi olduğunu bildirir. Ailə üzvlərinin müalicə üçün yetərli vəsaiti olmadığı da qeyd edilir.

Qeyd edək ki, M.Zeynalov Azərbaycanın xalq artisti mərhum Eldəniz Zeynalovun oğludur, ailəlidir.

Geri dön