Ana Sayfa > Karusel / Hadisə / M2 > Zaqatalada “VAZ” ağaca çırpıldı; sürücü öldü

Zaqatalada “VAZ” ağaca çırpıldı; sürücü öldü


12-10-2016, 09:11. Yazar: Xeberaz
Zaqatalada “VAZ” ağaca çırpıldı; sürücü öldü
Zaqatalada yol qəzası baş verib, ölən var.
"Xəbəraz.az "-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Zaqatala rayonu ərazisində, Zaqatala-Muxax yolunun 7-ci kilometrliyində “VAZ” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü 1990-cı il təvəllüdlü Rüstəmov Elvin Xəlil oğlu aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat edib. Yanğınsöndürən-xilasedicilər vətəndaşın cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 03:19 da başa çatıb.
Geri dön