Ana Sayfa > Karusel / Hadisə > Bakıda tikintidə daş yüklü kran aşdı: yaralılar var

Bakıda tikintidə daş yüklü kran aşdı: yaralılar var


11-10-2016, 14:46. Yazar: Xeberaz
Bakıda tikintidə daş yüklü kran aşdı: yaralılar var

Bakıda tikintidə qəza baş verib.

"Xəbəraz.az "APA-ya istinadən bildirir ki, hadisə bu gün R. Behbudov küçəsində tikilməkdə olan binada qeydə alınıb.

Qaldırıcı kranda yaranmış nasazlıq səbəbindən daşla dolu yük aşıb. Nəticədə daşlar küçədə hərəkət edən şəxslərin üzərinə tökülüb.

Polisdən bildirilib ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

APA-nın əldə etdiyi məlumata görə, hadisə nəticəsində 1 nəfər şok keçirib, 3 nəfər isə müxtəlif xəsarətlərlə özəl klinikalardan birinə yerləşdirilib.
Geri dön