Ana Sayfa > Karusel / Hadisə > BAKIDA ŞOK OLAY: 670 bal toplayan tələbə özünü öldürdü - YENİLƏNİB

BAKIDA ŞOK OLAY: 670 bal toplayan tələbə özünü öldürdü - YENİLƏNİB


11-10-2016, 10:52. Yazar: Xeberaz
BAKIDA ŞOK OLAY: 670 bal toplayan tələbə özünü öldürdü - YENİLƏNİB

Bakıda dəhşətli intihar hadisəsinin bəzi təfərrüatları məlum olur. Özünü 11-ci mərtəbədən atan Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Gəncə şəhər sakini Abbasov Hüseyn Maarif oğlunun atası danışıb.
"Xəbəraz.az "-ın ru.sputnik.az-a istinadən məlumatına görə, tələbənin atası Abbasov bildirib ki, oğlunun bir neçə fəndən kəsirləri olub. O, istintaqa deyib ki, oğlu əlaçı tələbə idi: "Bizə birdən məlum oldu ki, onun 6 fənin 4-dən kəsiri qalıb. Və uşaq bunun üçün çox həyəcan keçirirdi".




10:19

Bakıda dəhşətli intihar hadisəsi baş verib."Xəbəraz.az "-ın məlumatına görə, Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Gəncə şəhər sakini Abbasov Hüseyn Maarif oğlu özünü Nizami rayonu ərazisində yerləşən tələbə yataqxanasının 11-ci mərtəbəsindən atıb. O, hadisə yerindəcə keçinib.

Qeyd edək ki, H.Abbasov 4-cü kurs tələbəsi olub, o, ali məktəbə qəbul olarkən 670 bal toplayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Geri dön