Ana Sayfa > Karusel / Hadisə > Həkim mişara əl atdı və öz xəstəsini... - FOTO

Həkim mişara əl atdı və öz xəstəsini... - FOTO


10-10-2016, 19:35. Yazar: Xeberaz
Həkim mişara əl atdı və öz xəstəsini... - FOTO

“Sabirabad mişarı” komediya filminin çəkilişləri başlayıb. Filmdə aktyorlardan əlavə tanınmış uroloq və androloq Seymur Mehtiyev də yer alıb.
"Xəbəraz.az " Trend-ə istinadən xəbər verir ki, Həkim bildirib: “Filmdə mən həkim obrazındayam. Elə özümü oynayıram. Əvvəlcə məşhur “mişar” filminin dəhşət filmi olduğunu eşidəndə bir az çəkindim, amma, sonradan bəlli oldu ki, ssenari müəllifləri həmin filmin komik parodiyasını yazıblar. Düzdür, mən komik rolda deyiləm, amma, filmin əsas qəhrəmanlarından biri, tanınmış aktyor Teymur Məmmədov xəstə olaraq filmdə mənə müraciət edir. Onu da nəzərinizə çatdırım ki, ssenari məni çox cəlb elədi. Bu işdə bütün kollektivə uğurlar arzulayIram.”
Qeyd edək ki, filmdə bir çox tanınmış aktyorlar yer alıb.
Filmin ssenari müəllifi Ramil Adiloğlu və Elşad Zarafatsızdır.
Rejissor Ramil Adiloğlu, prodüser Zaur Əliyevdir.

Həkim mişara əl atdı və öz xəstəsini... - FOTO
Geri dön